Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim” – FOTO

Dünya


“Sloveniyanın Maribor şəhərində keçirilən yarış çox həyəcanlı idi”.

Bunu “Report”a açıqlamasında Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazanan yeniyetmə cüdoçu Vüsalə Hacıyeva deyib.

Onun sözlərinə görə, yarışda rəqiblərini asanlıqla məğlub edib:

“Yarımfinal görüşündə nisbətən güclü rəqiblə qarşılaşdım. Lakin ona da qalib gəldim”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında 9 medal qazanıblar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir