Yaponiyada “Kanun” qasırğasının ölkənin cənub bölgələrinə yaxınlaşması ilə əlaqədar ən azı 264 aviareys təxirə salınıb.
Məlumata görə, uçuş cədvəlində dəyişikliklər, əsasən, turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyuşu adasındakı Kaqosimadan keçən marşrutlarda olub.
Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Həmçinin güclü yağış gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.
Mənbə: TASS
www.102info.az