Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasındakı (ÇL) ev matçlarını Almaniyada keçirəcək.
Donetsk təmsilçisi qarşılaşmaları Hamburqdakı “Volksparkstadion”da oynayacaq.
Xatırladaq ki, Donetsk təmsilçisi ötən mövsüm Ukrayna Premyer Liqasının qalibi olub və ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən “Şaxtyor” ötən mövsüm Çempionlar Liqasındakı qrup görüşlərini Polşanın paytaxtı Varşavada keçirib.
Mənbə: Bild
www.102info.az