Daha iki güləşçimiz dünya çempionatının finalına çıxıb

Dünya


Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

“Report” xəbər verir ki, 45 kiloqramda Turan Daşdəmirov yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.

51 kiloqramda Əli Seyidəlili 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə görüşəcək.

71 kiloqramda yarışan Cavad Məmmədov təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub – 7:10.

60 kiloqramda Roman Kərimov hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabı ilə məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.

92 kiloqramda çıxış edən Mikayıl İsmayılov türkiyəli Alixan Bərəkətə 5:1 hesabı ilə qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə uduzan İsmayılov bürünc medal uğrunda Sərdarbek Rüstəmov (Özbəkistan) / Əliəkbər Aşgarivaladi (İran) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Əhmədli mundialın finalına vəsiqə qazanıb. İdmançı bu gün Zaur Beslekoyevlə (AİN) qızıl medal görüşünə çıxacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir