Ukraynanın “Nemiroff” spirtli içki şirkəti keçmiş rusiyalı tərəfdaşı “Birləşmiş Penza araq zavodları” holdinqinə qarşı məhkəmə iddiası qaldırıb.
Şirkət məhsul istehsalında brenddən istifadəni dayandırmağı və bunu onların hüquqlarının pozulması kimi tanımağı tələb edib.
Xatırladaq ki, “Nemiroff” Ukraynada müharibənin başlamasından sonra Rusiya Federasiyasında spirt istehsalı üçün lisenziyaları ləğv edib. Keçən il şirkətin satışları 57,1% azalsa da, əsas istehsal mərkəzi Vinnitsa vilayətinin Nemirov şəhərində yerləşən brend Ukraynanın ən böyük araq ixracatçısı olaraq qalır və məhsullar 80-dən çox ölkəyə tədarük edilir.
Mənbə: “Kommersant”
www.102info.az