Avqustun 1-də Belovej (Polşa) sərhəd kəndi üzərində Belarus hərbi helikopterləri görünüb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib.
Məlumata görə, Belovej kəndinin sakinləri Belarus hərbi helikopterlərini onların evlərinin üstündən uçarkən görüblər. Uçuş zamanı helikopterlərin “Mi-24” və “Mi-8” olması müəyyənləşdirilib.
Polşa hakimiyyəti ölkənin hava məkanına müdaxilə faktını təsdiqləyib. Qeyd olunub ki, hadisə barədə NATO-nu müvafiq qurumları məlumatlandırılıb.
Mənbə: rbc.ua
www.102info.az