“Alibaba”nın yaradıcısı fermer oldu

Dünya


“Alibaba Group”un həmtəsisçisi, 58 yaşlı çinli milyarder Cek Ma yeni kənd təsərrüfatı texnologiyası şirkətinə sərmayə qoyub.

“1.8 Meters Marine Technology” adlı balıqçılıq və kənd təsərrüfatı startapı iyulun 20-də Manın doğulduğu Xançjou şəhərində qeydə alınıb. “Alibaba”nın qərargahı da orada yerləşir.

Yerli jurnalistlər hesab edirlər ki, milyarderin belə bir addımı onun Çində texnologiya sektorundan tədricən uzaqlaşmasının daha bir əlamətidir.

Bildirilir ki, 2021-ci ilin oktyabr ayında Ma İspaniyada olub və burada kənd təsərrüfatı, ətraf mühit texnologiyaları üzrə təhsil alıb. O, kənd təsərrüfatı texnologiyalarını öyrənmək üçün Niderland, Yaponiya və Taylanda da səfər edib.

Bu ilin may ayından Cek Ma Tokio Universitetində dayanıqlı kənd təsərrüfatı və qida istehsalı üzrə qonaq professor kimi fəaliyyətə başlayıb.

Xatırladaq ki, Ma 2019-cu ildə “Alibaba”dan ayrılıb. Ayrılmaq qərarı iş adamının Çin hakimiyyətini tənqid etməsindən az sonra verilib.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir