Rusiyanın Krasnoyarsk diyarının şimalında hidro-təyyarə qəzaya uğrayıb.
Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib.
“Bu gün saat 11:00 radələrində Krasnoyarsk diyarının Taymır Dolqano-Neneski rayonunun Dudinka şəhərində, Lesobirj sənaye zonası ərazisində şəxsi hidro-təyyarə Dudinka çayı akvatoriyasından havaya qalxan zaman qəzaya uğrayıb”, – deyə nazirlikdən bildirilib.
Təyyarədə iki nəfərin olduğu və ikisinin də həyatını itirdiyi qeyd edilib.


Mənbə: TASS
www.102info.az