Nigerdə dövlət çevrilişindən sonra bu ölkənin beş dövlətlə hava və quru sərhədləri açılıb.
Qərar dövlət televiziyasında hərbçilər tərəfindən elan edilib.
Belə ki, Niger Əlcəzair, Burkina-Faso, Liviya, Çad və Mali ilə sərhədləri açıb.
Xatırladaq ki, Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər iyulun 26-da sərhədlərin bağlandığını bəyan ediblər.
Mənbə: AFP
www.102info.az