Fransanın PSJ klubu Cəbubi Koreya “Çonbuk”u ilə yoxlama oyunu keçirib.
Oxu.Az xəbər verir ki, Cənubi Koreyanın Busan şəhərində baş tutan matç parislilərin qələbəsi ilə yekunlaşıb – 3:0.
Neymarın dubl etdiyi qarşılaşmada PSJ-nin daha bir qolunu yeni transfer Marko Asensio vurub. Bu, ispaniyalının Fransa klubunda ilk qolu olub. Həmin epizodda Neymarın daban ötürməsi diqqət çəkib.
www.102info.az