“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, “ağ-qaralar” 2:2 hesablı heç-heçənin revanşında rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəliblər.
Matçdan sonra təşkil olunan mətbuat konfransına qonaq komandanın baş məşqçisi Nermin Başiç iştirak etməyib. Onun əvəzinə jurnalistlərin önünə komandanın futbolçusu çıxıb. Lakin media nümayəndələri onun fikirlərinə ehtiyac olmadığını bildiriblər. Beləliklə, mətbuat konfransı baş tutmayıb.
Nermin Başiçin mətbuat konfransına qatılmaması başının ağrıması ilə əlaqələndirilib.
Qeyd edək ki, UEFA-nın qaydalarına görə, baş məşqçilərin mətbuat konfranslarında iştirakı mütləqdir.
Faiq Tahirov
www.102info.az