Musa Qurbanlının komandası avrokuboklarla vidalaşdı

Dünya


Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç “Yurqorden”i UEFA Konfrans Liqası ilə vidalaşıb.

“Report”un məlumatına görə, II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə “Lütsern”in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib. Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıblar.

Oyuna ehtiyatda başlayan Qurbanlı 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə meydana daxil olub. 21 yaşlı forvard oyunda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir