Volqoqradda dövlət qurumunun əməkdaşı hərbi komissarlığın çağırış məntəqəsini yandırmaq istədi – FOTO

Dünya


Rusiyanın Volqoqrad vilayətində Ədliyyə Komitəsinin Arxivlərlə iş üzrə məsləhətçisi vəzifəsində çalışan qadın çağırış məntəqəsini yandırmağa cəhd edib.

Mühafizəçilər Volqoqradın Deqtyarev küçəsində üzərində böyük bel çantası olan 31 yaşlı qadını görüblər. O, Qırmızı Oktyabr və Traktor Zavodu rayonlarının hərbi komissarlığının çağırış məntəqəsi ətrafında gəzişməyə başlayıb.

Ədliyyə Komitəsinin əməkdaşının gərgin və narahat olduğu açıq-aydın gözə çarpıb və o daim telefonunda qurdalanıb. Qadın özü ilə beş butulka “Molotov kokteyli”, kibrit və alışqan gətirib.

Mühafizəçilərlə ünsiyyət zamanı qadın niyyətini inkar etməyib və dərhal etiraf edib ki, çağırış məntəqəsini yandırmaq istəyib.

Hazırda müstəntiqlər onun ukraynalı kuratorlarla mümkün əlaqəsi ilə bağlı araşdırma aparırlar.

Mənbə: “Baza” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir