İran bir ayda 43 mindən çox əfqanı “Taliban”a təhvil verib

Dünya


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

Bu barədə məlumatı mətbuat konfransında “Taliban” hökumətinin nümayəndəsi Əbdürrəhman Rəşid təqdim edib.

İran rəsmiləri vaxtaşırı verdikləri açıqlamalarda İranda təxminən beş milyon əfqanın yaşadığını bildiriblər.

Tehran əfqanların adətən Herat və Nimruz əyalətlərində yerləşən sərhəd-buraxılış məntəqələrindən İrana daxil olduqlarını bildirib.

Mənbə: Aamaj News

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir