Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi

Dünya


Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə görə Belarusun 38 vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan müvafiq sənəddə deyilir.

“Belarusdakı vəziyyətin ciddiliyini və Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq, siyahıya 38 fiziki və üç hüquqi şəxs daxil edilməlidir”, – deyə məlumatda bildirilir.

Qara siyahıya Belarus hakimləri, müstəntiqləri, jurnalistlər, təhlükəsizlik işçiləri daxil edilib. Bundan əlavə V.İ.Kozlov adına Minsk Elektrotexnika Zavodu, BMZ (BMK holdinqinin idarəedici şirkəti), habelə Belarus Dövlət Neft və Kimya Konserni də sanksiyalara məruz qalıb.

Qara siyahıya düşən bütün şəxslərin Aİ-yə girişi qadağan edilib. Həmçinin, onların aktivləri aşkar edilərsə, dondurulacaq.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir