Pakistan səfiri: “Azərbaycan bizimlə həmrəydir və ölkəmizi dəstəkləyir”

Dünya


“Azərbaycan müdrik və uzaqgörən siyasət nümayiş etdirir, Pakistanla həmrəydir və bizi dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye brifinqdə deyib.

Səfir qeyd edib ki, Cammu və Kəşmir məsələsi BMT-də uzun müddətdir gündəmdir: “Hindistan Konstitusiyasının regiona xüsusi hüquq və imtiyazlar verən 370 və 35A maddələrinin birtərəfli qaydada ləğvi region üçün mənfi nəticələrə səbəb olub”.

Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan hökuməti Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin ləğvini elan edib. Kəşmirdə gərginliyin qarşısını almaq üçün ştatın konstitusiya statusunun dəyişdirilməsi qərarından sonra Yeni Dehli hakimiyyəti şimala on minlərlə hərbçi yeridib. Komendant saatı tətbiq edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, mobil rabitə və internet kəsilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir