Rusiyanın Çita şəhərində valideyn nəzarətindən kənarda qalan üç yaşlı uşaq çoxmərtəbəli yaşayış binasının eyvanından asılı vəziyyətdə qalıb.
Xoşbəxtlikdən ana azyaşlının fəryad səsini eşidib və dərhal reaksiya verərək uşağı mənzilə sala bilib.
Qonşular övladlarını nəzarətsiz qoyan ana barədə polisə şikayət ediblər.
Hüquq-mühafizə orqanının əməkdaşları hadisənin yaşandığı mənzilə baş çəkib, ana barədə protokol tərtib ediblər.
Mənbə: Baza
www.102info.az