Selin Dionun bacısı müğənninin sağalmaz xəstəliyindən danışdı – FOTO

Dünya


Məşhur kanadalı müğənni Selin Dion əzələ sərtliyi diaqnozu ilə qastrol səfərini yarımçıq qoymaq məcburiyyətində qalıb.

O, hazırda evdə bacısı Lindanın himayəsi altındadır.

Selin Dionun səhhəti ilə bağlı təfərrüatları müğənninin başqa bir bacısı Klodett Dion “Le Journal de Montreal”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, 55 yaşlı Dion hazırda Las-Veqasdakı evindədir. Bacısı Linda müğənniyə xəstəliklə mübarizə aparmağa kömək etmək üçün oğulları ilə birgə onun yanına köçüb.

“Mən həqiqətən düşünürəm ki, ona indi əsasən istirahət lazımdır. O, həmişə əlindən gələni edir, öz sahəsində ən yaxşıların ən yaxşısı olmağa çalışır”, – deyə Klodett qeyd edib.

Klodett bildirib ki, Dion çox çalışır və həkimlərin bütün göstərişlərinə diqqətlə əməl edir, lakin hələlik belə bir xəstəliyin effektiv müalicəsi yoxdur. “İşə yarayan bir dərman tapa bilmirik, lakin ümidi itirməmək önəmlidir”, – deyə o vurğulayıb.

O əlavə edib ki, bacısının sağalacağına və yenidən səhnəyə qayıdacağına inanır, çünki ifaçılıq bacarığı və nizam-intizam ona anadangəlmə xas xüsusiyyətlərdir.

Qeyd edək ki, müğənninin əziyyət çəkdiyi əzələ sərtliyi sindromu sağalmaz və olduqca nadir nevroloji xəstəlikdir. Bu xəstəlik əzələlərin sərtləşməsinə, spazmlara, yıxılmalara səbəb olur və səs tellərinə təsir göstərir.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir