Sloveniya Respublikası Ətraf Mühitin Mühafizəsi Agentliyi güclü yağıntılar səbəbindən ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələri üçün qırmızı təhlükə səviyyəsi elan edib.
Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat verib.
Qeyd olunub ki, gecə yarısına qədər qüvvədə olacaq qırmızı təhlükə səviyyəsi uzun sürən leysan yağışlarla əlaqədar elan edilib, eyni zamanda su səviyyəsinin daha da qalxması və su axarlarında daşqınlar gözlənilir.
Agentliyin məlumatına görə, Sloveniyanın şimal, şimal-qərb və mərkəzi bölgələrinin bəzi rayonlarında artıq 140 mm-dən çox yağış yağıb. Bəzi yerlərdə bu, orta aylıq göstəriciyə uyğun gəlir.
Leysan yağışlar və daşqınlar səbəbindən ölkə ərazisində bir çox yollar və magistral yolların bəzi hissələri bağlanıb. Vəziyyət kəskin şəkildə dəyişir, yeni ərazilər su altında qalır. Sürücülərdən xahiş olunur ki, yollardakı vəziyyətə nəzarət etsinlər.
Mənbə: TASS
www.102info.az