Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

Dünya


Gürcüstanın Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Daha iki nəfərin meyiti tapılıb. Ölənlərin sayı 16 nəfərdir”, – məlumatda deyilir.

Qeyd edək ki, xilasetmə əməliyyatında dörd helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. İndiyədək 210 nəfər təxliyə edilib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni ölkədə matəm günü elan edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir