Sloveniya Respublikasında güclü yağışların səbəb olduğu daşqınların vurduğu ziyan 500 milyon avronu keçəcək.
Bu barədə baş nazir Robert Qolob Sloveniya Milli Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasında bildirib.
“Sloveniya yaxın tarixinin ən böyük təbii fəlakəti ilə üz-üzədir. Zərər ağlasığmazdır. Məbləğ mütləq 500 milyon avronu keçəcək”, – Qolob bəyan edib.
Baş nazirin sözlərinə görə, Sloveniyanın şimalındakı Çrna-na-Koroşkem bələdiyyəsinin ölkənin qalan hissəsi ilə əlaqəsi hələ də bərpa edilməyib. Respublikanın hakimiyyət orqanları yaşayış məntəqəsinə lazımi əşyaları və texnikanı hava yolu ilə çatdırmağı qərara alıblar.
Xatırladaq ki, Sloveniya Respublikasının Ətraf Mühitin Mühafizəsi Agentliyi avqustun 4-də cümə axşamından başlayan leysan yağışları ilə əlaqədar ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələri üçün qırmızı təhlükə elan edib. Təbii fəlakət azı dörd nəfərin həyatına son qoyub.
Mənbə: TASS
www.102info.az