İyulda qeydə alınan rekord istilik dalğası İtaliyanın cənub və mərkəzi bölgələrində ölüm nisbətinin 7% artmasına səbəb olub.
Bu barədə İtaliya Səhiyyə Nazirliyinin hesabatında deyilir.
Sənəd 28 iyul tarixinə kimi olan məlumatlara əsaslanır.
Məlumata görə, ən əhəmiyyətli artım Neapol (+10%), Bari (+50%), Taranto (+42%), Kalabria və Kataniyada (+34%) müşahidə edilir.
Ölüm hallarının artması, əsasən 75-84 yaş aralığında olan şəxslərə və 85 yaşdan yuxarı insanlara şamil olunur.
Mənbə: TASS
www.102info.az