ABŞ prezidentliyinə namizədin ağlasığmaz vədi qalmaqal yaratdı

Dünya


ABŞ prezidentliyinə namizəd, Florida ştatının qubernatoru Ron DeSantis seçkidə qalib gələcəyi təqdirdə federal bürokratiyanın “boğazını kəsməyə” başlayacağı vədinə görə tənqidlərlə üzləşib.

Məlumata görə, siyasətçinin açıqlamaları həddən artıq aqressiv və narahatedici hesab edilib.

Milli Xəzinədarlıq İttifaqının prezidenti Toni Rirdon DeSantisin sözlərini iyrənc və prezidentlik kampaniyasına yaraşmayan adlandırıb. Amerika İctimai İşçilər Federasiyasının (AFGE) rəhbəri Everet Kelli isə belə vədləri təhlükəli və utancverici hesab edib.

ABŞ mətbuatında prezidentliyə namizədin açıqlamaları iki cür qiymətləndirilib. Liberal müşahidəçilər siyasətçini dəli adlandırıb, mühafizəkarlar isə onu cəsarətli addımına görə tərifləyiblər.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir