Paytaxt Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında bildirib.
“Bu gün saat 11 radələrində (Bakı vaxtı ilə 12 – red.) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, – mer qeyd edib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada pilotsuz uçuş aparatının Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirildiyini bildirib. Olayda itki və dağıntıların olmadığı vurğulanıb.
www.102info.az