Gürcüstanda torpaq sürüşməsində 18 yaşlı azərbaycanlı qız həlak olub – YENİLƏNİB

Dünya


Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə onun qardaşı İsgəndər İsayev “İnfo Rustavi”yə açıqlamasında bildirib.

O, bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyini bildirib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb. Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.

15:55

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Hazırda daha 16 nəfərin axtarışları davam edir.

Avqustun 7-si respublikada matəm günü elan edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir