İranın şimal-şərqindəki Xorasan əyalətinin mərkəzi olan Məşhəddə hava çirkliliyi səbəbindən təhsil müəssisələri və idman salonları bağlanıb.
Həmçinin, bölgədəki qum fırtınası dəmiryolu əlaqəsinin pozulmasına səbəb olub.
Müvafiq qurumlar, xüsusilə ürək və tənəffüs yolları xəstələrini məcburi olmadıqda səfərlərdən çəkinməyə çağırıblar. Həmçinin, çölə çıxmalı olanlara isə tibbi maskalardan istifadə etmək tövsiyə olunub.
Mənbə: Haber Global
www.102info.az