“Sabah”ın vingeri Coy-Lens Mikels komandanı tərk edə bilər.
Oxu.Az xəbər verir ki, almaniyalı futbolçuya Səudiyyə Ərəbistanından sərfəli təklif var.
Adıçəkilən ölkənin I Divizion təmsilçisi “Əl-Feysali” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. Artıq klub Azərbaycan təmsilçisi ilə əlaqə qurub. “Sabah” təklifi rədd edib. Lakin oyunçunun müqaviləsinə görə, 700 min avro ödəyən istənilən klub onu transfer edə bilər. Bundan sonra qərarı Mikels verməlidir. O, daha yaxşı maliyyə şərtlərinə görə təklifə isti yanaşır.
2021-ci ilin yayından “Sabah”da çıxış edən Mikelsin gələn ilin yayına qədər müqaviləsi var. O, keçən mövsüm 17 qolla “futuristlər”in bombardiri olub.
Xatırladaq ki, Mikels “Bakılı balasıyam” mahnısına rəqsi ilə azarkeşlərin rəğbətini qazanmış, Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda RFŞ klubu ilə görüşdən sonra rəqsini təkrar etmişdi.
Faiq Tahirov
www.102info.az