Polşada “Drujba” neft kəməri xəttində sızma aşkarlandı: Nəql prosesi dayandırıldı – FOTO

Dünya


Polşada “Drujba” neft kəmərinin qərb hissəsində sızma aşkarlanıb.

Bu səbəbdən həmin xətlə neftin nəqli dayandırılıb.

Bu barədə Polşanın PERN boru kəməri operatoru məlumat verib.

Məlumata görə, hadisə yerində bütün PERN xidmətləri işləyir, dövlət yanğından mühafizə xidməti və könüllü yanğınsöndürmə briqadası da işə cəlb olunub.

Bildirilib ki, “Drujba” neft kəmərinin Almaniya istiqamətindəki iki xəttindən birinin fəaliyyəti sızma səbəbindən dayandırılıb. Neft kəmərinin ikinci xətti isə fəaliyyətinə davam edir.

“PERN xidmətləri Xodeç kommunasında “Drujba” kəmərinin qərb hissəsindəki zədələnmiş nöqtəyə çatıb. Bu, Qərbə xam neft daşıyan magistraldır. Hazırda kəmərdə təmir işləri aparılır”, – deyə operatorun açıqlamasında bildirilib.

Nasosların avqustun 8-i səhər bərpa olunacağı gözlənilir.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir