Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Avropa İttifaqı ölkələrində, xüsusən də Polşada hansı təxribatlara əl ata biləcəyi ilə bağlı açıqlama verib.
“Biz istənilən ssenarini istisna etmirik. Çox şadam ki, polyaklar buna ciddi yanaşırlar və sərhəddə müdafiəni gücləndirirlər. Belarusda olan “vaqner”çilər məhbus deyillər. Onlardan ehtiyat etmək lazımdır. Çünki onlar peşəkardırlar və Suriya, Liviya, Mərkəzi Afrika Respublikasında böyük döyüş təcrübəsinə malikdirlər”, – deyə İvan Stupak qeyd edib.
Onun sözlərinə görə, “Vaqner” muzdluları Polşa sərhədçilərini qaçırmaq və ya onlarla silahlı atışma aparmaq, ölkənin dərinliklərinə irəliləyərək təxribatlar törətmək, Suriya və Liviyadan olan qaçqınlarla miqrasiya böhranını gücləndirmək kimi təxribatlara əl ata bilərlər.
Mənbə: UNİAN
www.102info.az