Krasnodarda keçmiş “vaqnerçi”ləri öldürən ermənilər saxlanılıblar – FOTO

Dünya


Rusiya Federasiyasının Krasnodar vilayətində Şimal Hərbi Dairəsinin iki veteranını (keçmiş “vaqnerçi”lər) döyərək öldürən dörd nəfər saxlanılıb.

Şənbə günü səhər saat 3 radələrində Tuapse rayonunun növbətçi hissəsinə çayın sahilində yerləşən Dederkoy kəndində dava olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dava aşkar etməsələr də, onun nəticələrini – zorakılıqla ölüm əlamətləri olan 37 və 41 yaşlı iki kişi meyitini aşkar ediblər.

Sonradan qurbanların üç nəfər olduğu müəyyənləşib. Daha bir 20 yaşlı oğlan qaça bilib və xəsarətlərlə ən yaxın tibb müəssisəsinə yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı iki nəfəri qətlə yetirməkdə, üç nəfəri isə öldürməyə cəhddə şübhəli bilinən dörd nəfər müəyyən edilib. Onların 19-36 yaş arası yerli sakinlər – Karen Ustyan, Albert Ekzaryan, Artyom Türkmenyan və Vartan Tulumcyan olduğu ortaya çıxıb.

İlkin məlumata görə, münaqişə Ustyan Karenlə (kənd sakinlərinin dediyinə görə, əvvəllər “Vaqner” ÖHŞ-də xidmət edib) bir qrup şəxs arasında baş verib.

Münaqişənin səbəbləri barədə hazırda məlumat verilmir, lakin kişilər məqsədyönlü şəkildə öldürülüblər. Onları xüsusi olaraq başlarından vurublar.

Münaqişədə iştirak edənlərin dördü də axtarışa verilib və bu gün polis onların tutulması barədə məlumat verib. Bir qrup şəxs tərəfindən törədilmiş ikiqat qətl faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə iş açılıb. Yaxın vaxtlarda təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçiləcək.

Mənbə: “Opersvodki” “teleqram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir