“Rakuv”un baş məşqçisi: “Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”

Dünya


“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”.

“Report”un məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri Kipr “Aris”i ilə II raundda üstələdikləri “Qarabağ”ı müqayisə edərkən deyib.

Gənc mütəxəssis “Aris”in Azərbaycan çempionundan zəif olması ilə bağlı fikirlərə münasibət bildirib. O, kiprlilərin də özünəməxsus üstünlüklərinin olduğunu söyləyib:

“Aris” fərqli komandadır. “Qarabağ” topa sahib olmaqda və aqressivlikdə çox üstündür. Bu baxımdan Azərbaycan təmsilçisi daha yaxşı görünür. Ancaq “Aris” də sürətli əks-hücumlarda və müdafiə xəttində çox yaxşı təşkilatlanıb”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında Polşada keçirilən oyunda ev sahibləri 3:2 hesablı qələbə qazanmış, Bakıdakı görüşdə bərabərlik (1:1) qeydə alınmışdı.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir