İrlandiyanın Bri şəhərində məşhur irland müğənni, “Nothing Compares 2 U” hitinin ifaçısı Şineyd O’Konnorun dəfn mərasimi keçirilib.
Səhər saatlarında şəhər sakinləri əfsanəvi müğənniylə vidalaşmaq üçün küçələrə toplaşıblar. Müğənninin tabutu olan kortej Ko-Viklou sahili boyunca keçib.
Qeyd edək ki, Şineyd O’Konnor iyulun 26-da Londonun cənub-şərqindəki penthausunda ölü tapılıb. Müğənninin 56 yaşı var idi. Polis onun ölümünün təfərrüatını açıqlasa da, səbəblərini deməyib. Yarılmanın nəticələri daha sonra elan ediləcək.
Mənbə: life.nv
www.102info.az