Pakistanda baş nazir Şahbaz Şərifin Milli Assambleyanın buraxılması ilə bağlı tövsiyəsini bu gün prezident Arif Alviyə göndərəcəyi gözlənilir.
Dövlət başçısının Şərifin tövsiyəsini imzadığı təqdirdə, mandatı avqustun 12-də başa çatan parlament avqustun 9-da buraxılacaq.
Məlumata görə, bu tədbir cari il üçün nəzərdə tutulan ümumi seçkilərə zəmin hazırlamaq məqsədi daşıyır. Belə ki, Pakistan Konstitusiyasına görə, Milli Assambleya mandatının bitməsindən sonra buraxılarsa, növbəti 60 gün ərzində ümumi seçkilər keçirilməlidir. Lakin Milli Məclis səlahiyyət müddəti başa çatmamış buraxılarsa, ümumi seçkilərin keçirilməsi üçün tələb olunan vaxt 90 günə qədər artır.
Beləliklə də, əgər parlament sabah buraxılarsa, ümumi seçkilərin 2023-cü ilin noyabrında keçiriləcəyi gözlənilir.
Bununla belə, daxili işlər naziri Rana Sanaullahın paytaxt İslamabadda verdiyi açıqlamaya görə, seçki dairələrinin yeni siyahıyaalmaya əsasən yenidən təşkil ediləcəyi təqdirdə Seçki Komissiyasının ümumi seçkiləri 2024-cü ilin fevral və ya mart ayına təxirə sala bilər.
Digər tərəfdən, koalisiya hökuməti müvəqqəti hökumətin baş nazirinin kim olacağı ilə bağlı hələ qərara gəlməyib. Ancaq son günlər bu posta namizəd kimi keçmiş maliyyə naziri Əbdül Hafiz Şeyxin adı hallanır.
Mənbə: TRT
www.102info.az