Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir.
Buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü və onun ərazisindən qoşunların çıxarılmasına dair razılaşmaya əməl etməməsidir.
ABŞ dövlət katibi Antoni Blinken Gürcüstana qarşı təcavüzün 15-ci ildönümü ilə əlaqədar bildirib ki, Gürcüstan xalqı Rusiyanın beynəlxalq hüquqa məhəl qoymaması və qonşuları üzərində hökmranlıq etmək istəyi səbəbindən əziyyət çəkib.
O qeyd edib ki, ABŞ qoşunların işğaldan əvvəlki mövqelərə geri çəkilməsini nəzərdə tutan və 2008-ci ildə imzalanmış altı bəndlik atəşkəs razılaşmasına əməl etmədiyinə görə Rusiya Federasiyasını məsuliyyətə cəlb etməkdə qətiyyətlidir.
Həmçinin Rusiya Federasiyası Gürcüstanın qondarma regionlarının – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməlidir ki, məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qayıda bilsinlər.
“Və 15 il sonra da ABŞ Gürcüstan xalqını və onun Avro-Atlantik inteqrasiyaya olan böyük istəyini dəstəkləməyə davam edir”, – deyə Blinken fikrini yekunlaşdırıb.
Mənbə: RBC-Ukrayna
www.102info.az