ABŞ-nin Dövlət katibi Antoni Blinken hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazuma zəng edib.
Bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində məlumat verib.
“Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli üçün davam edən səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, – A.Blinken qeyd edib.
A.Blinken telefon danışığının digər təfərrüatı barədə məlumat verməyib.
Qeyd edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətini qadağan edib.
Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.
Spoke to Nigerien President Bazoum to express our continued efforts to find a peaceful resolution to the current constitutional crisis. The United States reiterates our call for the immediate release of him and his family.
— Secretary Antony Blinken (@SecBlinken) August 9, 2023
www.102info.az