Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 20-yə çatıb

Dünya


Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir