Ərdoğan Hakan Fidana medal təqdim etdi

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

Məlumata görə, dövlət başçısı həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.

“Mənimlə birlikdə xidmət edərkən Liviyada, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”, – deyə Fidan bildirib.

Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir