Çempionlar Liqası: “Makkabi” və “Reyncers”dən qələbə, “Marsel” uduzub

Dünya


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti matçları keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”a bir cavabsız qolla uduzub. İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”a 2:1 hesabı ilə qalib gəlib. Şotlandiya “Reyncers”i isə evdə İsveçrənin “Servett” klubunu məğlub edib – 2:1.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust

22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) – 1:0
Qol: Bernard, 83
Qırmızı vərəqə: Cefri Kondoqbia, 63 (“Marsel”)

22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) – 1:2
Qollar: Yuray Kuçka, 12 – Fratsdi Pyero, 5. Dia Saba, 15

22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) – 2:1
Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 – Kris Bedia, 44
Qırmızı vərəqə: David Dulin, 60 (“Servett”)

Qeyd edək ki, bu raundun əvvəlki görüşləri avqustun 8-də oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçirilməli olan oyun isə yerli azarkeşin öldürülməsinə görə avqustun 19-na təxirə salınıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir