ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edəcəyi oyun təxirə salınıb.
Komandanın “Şarlott”la avqustun 20-nə təyin olunan görüşü həmin tarixdə baş tutmayacaq.
Buna səbəb “İnter Mayami”nin Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda mübarizəni davam etdirməsidir. Mayami təmsilçisi 1/4 final mərhələsində məhz “Şarlott”la üz-üzə gələcək. Üçüncü yer uğrunda görüş və final matçı avqustun 19-da keçiriləcəyindən, hər iki komandanın sona qədər irəliləmək şansı var. Bunu nəzərə alan təşkilatçılar MLS oyununu qeyri-müəyyən müddətə təxirə salıblar.
“İnter Mayami”nin MLS-dəki sonrakı qarşılaşması avqustun 26-da “Nyu York Red Bulls”a qarşı olacaq.
www.102info.az