Havay adalarında baş verən meşə yanğınları nəticəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.
Məlumata görə, bununla həlak olanların ümumi sayı 53-ə çatıb.
Ştat qubernatoru Coş Qrin bu sayın artacağını istisna etmir.
Qeyd edək ki, meşə yanğınları Havayın keçmiş paytaxtı Lahaina şəhərini məhv edib. Şəhər xaos içindədir, yüzlərlə ailə didərgin düşüb və onlarla müəssisə yanıb.
Mənbə: rg.ru
www.102info.az