Şərqi Azərbaycanda məcburi hicab bəhanəsi ilə avtomobillər saxlanılır.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Şərqi Azərbaycan əyalətinin polis komandiri Əli Məhəmmədi bildirib ki, məcburi hicabdan imtina edərək avtomobil idarə edən 439 qadına qarşı cinayət işi açılıb.
O, məcburi hicab qanunlarına əməl etməyən qadınlara qarşı tədbirlərin gücləndirildiyini qeyd edib.
“Polisin xəbərdarlığına məhəl qoymayanlar barəsində cinayət işi başlanıb və Məhkəmə Hakimiyyəti tərəfindən icraata götürülüb”, – deyə Əli Məhəmmədi qeyd edib.
İran Parlamentinin Şuralar Komissiyasının sözçüsü Əli Həddadi bununla bağlı fikrini bildirib.
“İnsanları döyməklə hicaba məcbur etmək olmaz”, – deyə o vurğulayıb.
www.102info.az