Ukrayna bu gün, avqustun 11-də Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələrə başlayıb. Oxşar müzakirələr Amerika Birləşmiş Ştatları ilə də davam edir.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlama verib.
O xatırladıb ki, artıq 13 ölkə G7-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub.
“Bu gün çox mühüm söhbət oldu. Deyə bilərik ki, Böyük Britaniya ilə belə məsləhətləşmələr artıq başlayıb”, – Prezident Aparatının rəhbəri əlavə edib.
Mənbə: rbc.ua
www.102info.az