Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünə start verilib.
Oxu.Az xəbər verir ki, açılış oyununda “Trabzonspor” öz meydanında “Antalyaspor”la qarşılaşıb.
Matç Qara dəniz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 8-ci dəqiqədə Stefani Densvil vurub.
Qeyd edək ki, turun digər oyunları avqustun 12-si, 13-ü və 14-də keçiriləcək.
www.102info.az