Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçiribLƏR.
Faktiki olaraq “humanitar böhran” yalanını ifşa edən bu mərasim barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” sosial şəbəkəsində paylaşım edib.
“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, – deyə o qeyd edib.
Qeyd edək ki, yayılan görüntülərdə toy mərasiminin avqustun 9-da baş tutduğu görünür.
Every time I see Armenian wedding parties videos from Khankendi, these happy young Armenians singing & dancing, my heart fills with joy and pride for my country 🇦🇿, where all ethnic minorities live in peace and harmony. The conflict is over, 🇦🇲cannot change the course of history https://t.co/WwenZCSTec
— Rahman Mustafayev (@rahman2609m) August 11, 2023
www.102info.az