Kiyev S-200 raketi vasitəsi ilə Krım körpüsündə növbəti dəfə partlayış törətməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Ukrayna raketi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək havada vurulub” – Rusiya MN-nin məlumatında qeyd olunur.
Hücum nəticəsində tələfatın olmadığı, Krım körpüsünün zədələnmədiyi bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında Krım körpüsü vurulub, körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Rusiya tərəfi raket hücumlarının hamısının qarşısının alındığını vurğulayır.
Mənbə: TASS
www.102info.az