Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub.
Erməni KİV-in məlumatına görə, avqustun 13-də axşam saatlarında Göyçə gölünün ikinci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 metr aralıda çimərkən gözdən itən vətəndaşı görüblər.
Xilasedicilər kişini təxminən 1,5 m dərinlikdən çıxara biliblər və onu qayıqla sahilə gətiriblər. Ancaq təcili yardım işçiləri onun artıq öldüyünü təsdiqləyiblər.
Sonradan ölən şəxsin Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu müəyyən edilib.
www.102info.az