AFFA İcraiyyə Komitəsi yığışır: Azərbaycan çempionatında komanda sayı artırıla bilər

Dünya


Avqustun 16-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu 2023/24-cü illər mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqidir.

Bu məsələnin gündəliyə salınması təsadüfi deyil. Əldə etdiyimiz məlumata görə sözügedən yarışda komanda sayının artırılması gündəmdədir.

II Liqada 12 komandanın iştirak etməsi təsdiqlənib. Lakin daha sonra da AFFA-ya müraciətlər daxil olub. Bundan sonra assosiasiyada sayın 12-dən 14-ə qaldırılması ideyası yaranıb.

Avqustun 16-da, güman ki, məhz sayın artırılması ilə bağlı qərar veriləcək.

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir