“Neftçi” və “Pendikspor”a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm”.
Bu sözləri Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş Türkiyə Super Liqasının I turunda “Fatih Karagümrük”lə matçdan (1:0) sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: “O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda “Beşiktaş”a yenilib – 1:3. Cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.
Mənbə: hurriyet.com.tr
www.102info.az