Liviyanın paytaxtı olan Tripolidə silahlı toqquşmalar başlayıb.
Paytaxt Tripolinin hərbi dairəsinin qoşunlarına daxil olan və Liviya Prezidenti Şurasına bağlı olan 444-cü briqada komandirlərindən birinin hava limanında saxlanmasının toqquşmalara təkan verdiyi bildirilir.
Məlumat üçün əlavə edək ki, Liviya Silahlı Qüvvələri bir-birinə əks qütbdə dayanan siyasilərlə əlaqədə olduğundan ölkədə insan itkiləri ilə nəticələnən silahlı toqquşmalar tez-tez baş verir.
Mənbə: Libya al-Ahrar
www.102info.az