Ukraynanın bir çox əraziləri, o cümlədən Lvov vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub, yaralananlar var.
Bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb.
Onun sözlərinə görə, Lvovda yaşayış binalarına ziyan dəyib, yanğın baş verib.
“İnsanlar təxliyə olunublar. Yaralananlar var. Onlara bütün lazımi tibbi yardım göstərilir. Ölənlər barədə hələ ki məlumat daxil olmayıb”, – deyə o bildirib.
Lvov meri Andrey Sadovoy isə raketin uşaq bağçasının həyətinə düşdüyünü bildirib.
“Təəssüf ki, xeyli ziyan dəyib. Raket uşaq bağçasının həyətinə düşüb. Yüzdən çox yaşayış evi zədələnib, uşaq bağçası dağıdılıb. Dörd nəfərə tibbi yardım göstərilir”.
Bildirilir ki, Lvovdan başqa, Lutsk, Xmelnitski, Dnepr, Zaporojye, həmçinin Slavyansk və Kramatorskda partlayışlar olub. Məlumata görə, Rusiya ordusu Xəzər dənizi regionundan “Tu-95MS” strateji bombardmançı təyyarələrindən qanadlı raketlər buraxıb. Bundan başqa, Millerovo bölgəsindən “Tu-22 M3” təyyarəsi ilə Ukraynaya raketlər atılıb.
Mənbə: RBK
www.102info.az